Dünya

"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

18 İyun 2025 14:24
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrandakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib, lakin onlar bu barədə rəsmi açıqlama verməyiblər.

Milli.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir Sünik bölgəsinə (Zəngəzura-red.) hər hansı təhlükənin olmadığını da vurğulayıb:

"Mən bu cür bəyanatları təxribat xarakterli və əsassız hesab edirəm", - o, jurnalistlərə deyib.

Paşinyan bildirib ki, Zəngəzura hücum olacağı haqda bəyanatlar Ermənistan vətəndaşlarında təşviş və panikaya səbəb olur.

"Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində razılığa gəliblər. Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq", - Paşinyan əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.