Putinin keçmiş arvadı sanksiya siyahısında - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kanada hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketini açıqlayıb. Yeni siyahıya 77 fiziki və 39 hüquqi şəxs, eləcə də 201 gəmi daxil edilib. Məhdudiyyətlərə əsasən, həmin şəxslərin Kanadaya girişinə qadağa qoyulur, ölkədəki aktivləri isə dondurulur.
Milli.Az rus mediasına istinadla xəbər verir ki, sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya və onun əri Artur Oçeretni, eləcə də Putinin əmisi oğlu Mixail Putin, sinif yoldaşı Viktor Xmari və ailə üzvlərini əhatə edib. Siyahıda həmçinin "Nord Stream AG"nin sabiq direktoru Matthias Warnig, "Rusnano"nun keçmiş rəhbəri Anatoli Çubays, tanınmış dirijor Valeri Qerqiyev, gimnastika üzrə keçmiş məşqçi İrina Viner, və "AFK Sistema"nın qurucusu Vladimir Yevtuşenkov da var.
Sanksiyalara məruz qalanlar arasında Boris Yeltsinin qızı Tatyana Yumaşeva və onun həyat yoldaşı, Putinin sabiq müşaviri Valentin Yumaşev, eləcə də Sankt-Peterburq Mədən Universitetinin rektoru Vladimir Litvinenko və "Elseti" şirkətinin rəhbəri Samvel Karapetyan da yer alır.
Yeni idxal-ixrac məhdudiyyətləri kömür, metal və digər strateji malları, eləcə də ikili təyinatlı texnologiyaları əhatə edir.
Eyni gün Böyük Britaniya da Rusiyaya qarşı əlavə sanksiyalar elan edib. Sanksiya siyahısında Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Müdirliyi və bəzi Britaniya yurisdiksiyasında qeydiyyatdan keçmiş şirkətlər də yer alıb.
Rusiya səfirliyi bu addımların "ölkə iqtisadiyyatına və siyasətinə təsir göstərmədiyini" və "əksinə, Qərb dövlətlərinin özlərinə ziyan vurduğunu" bildirib.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Gürcüstan surroqat analığı qadağan edir
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
XƏBƏR LENTİ
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi
-
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
-
Yalçın Babayev işdən azad edildi
-
Bəxtiyar Əliyev Rusiyanın məşhur musiqi layihəsində
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Tikinti aparılan binadan yıxılan şəxs öldü - (Foto)
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Albert İvanov vəfat etdi
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)





