Ölüm hadisəsi baş verən klinikada yoxlama aparıldı - Həkim qanunsuz işləyirmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi "Mərcan" klinikasında ölüm faktından sonra aparılmış plandankənar yoxlamanın nəticələrini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirliyin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılıb və "Mərcan" klinikasında plandankənar yoxlama həyata keçirilib.
Mərkəzdən bildirilib ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən "Mərcan" klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılıb, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib.
Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub.
İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:
- fiziki şəxslər 300 manatdan 500 manatadək,
- vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
- hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Bundan əlavə, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib. Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib.
İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:
- vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
- hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Məlumatda qeyd olunub ki, həmin ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.
Qeyd edək ki, Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
Bu barədə ilk məlumatı Teleqraf.com yayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsl vampirin sifəti BELƏ OLUB
-
Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ
-
Ad gününü övladları ilə keçirtdi - FOTO
-
"Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı
-
İrəvana gedən İspaniya Baş nazirinin təyyarəsi Ankaraya məcburi eniş edib
-
Xəzərdə artan zəlzələ aktivliyi təhlükəyə işarədir?
-
Qəhvənin qocalmağın qarşısını alırmış - yeni araşdırma
-
Tramp: İrandan gələn yeni təklif qəbuledilməzdir
-
Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir
-
Dənə-dənə çiyələk mürəbbəsi hazırlamağın sirri
-
İsrailli nazirin ad günü tortu etiraza səbəb olub - FOTO
-
Bədii gimnastika üzrə Avropa kuboku başa çatdı - FOTO
-
Kahının xarab olmasını gecikdirən sadə saxlama üsulu
-
42 kilometr həyəcan: Bakı marafonu necə yaz fəslinin əsas tədbirinə çevrildi - VİDEO
-
Sərçə sayəsində milyonçu oldu
-
Tələbə faciəvi şəkildə öldü - FOTO
-
"Sülh planı nüvə məsələlərini əhatə etmir"
-
Lerikdə ildırım vuran gənc ölüb
-
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
-
Azərbaycanda qadın həyat yoldaşını bıçaqladı
-
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA
-
Makron Ermənistana səfər edib
-
"Mançestet Yunayted" "Liverpul"u məğlub edib
-
Konditer vitrinlərini qısqandıracaq ev üsulu supanql





