Maraqlı

Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO

3 May 2026 15:29
Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə yayılan qeyri-adi bir video istifadəçilərin marağına səbəb olub.

Milli.Az xəbər verir ki, görüntülərdə fərqli konsepti ilə diqqət çəkən bərbərxana əks olunub. Belə ki, saç kəsdirmək üçün salona gələn müştərilər gözlənilməz mənzərə ilə qarşılaşıblar. Məkanda oriental rəqqasələrin çıxış etməsi hər kəsi təəccübləndirib.

Kadrlarda rəqqasələrin musiqi sədaları altında rəqs etdiyi, eyni zamanda müştərilərin saç kəsdirdiyi anlar yer alıb. Bu qeyri-adi yanaşma sosial mediada geniş müzakirələr doğurub.

Bəzi istifadəçilər salon sahibinin fərqli ideyasını maraqlı və cəlbedici hesab etsə də, digərləri bunu uyğun hesab etməyərək tənqid ediblər.

Sözügedən video qısa müddətdə yayılaraq gündəm mövzusuna çevrilib.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.