İdman

Dünya çempionatından əvvəl "ZƏLZƏLƏ": Futbol azarkeşləri ŞOKDA

3 May 2026 14:37
Baxış: 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya çempionatı yaxınlaşdıqca zədə kabusu daha da güclənir, bəzi ulduzların turniri buraxacağı təsdiqlənib, Mbappe və Arda Gülər kimi əsas oyunçular üçün qeyri-müəyyənlik davam edir. 

Mlli.Az-ın xarici mediaya istinadən xəbrinə görə, futbol dünyası 2026-cı il Dünya çempionatından əvvəl böyük bir böhranla üzləşir. Turnirə bir aydan bir az çox qaldığı üçün zədələr bir-birinin ardınca gəlir və bir çox ulduz oyunçu üçün qeyri-müəyyənlik davam edir.
    
Turnirə təxminən 40 gün qaldığı üçün zədəli oyunçuların sayının sürətlə artması diqqətəlayiqdir. Rodriqo, Ekitike, Qnabri və Xavi Simons kimi əsas oyunçuların heyətdən kənarda qalacağı aydın olsa da, Mbappe və Arda Gülər kimi ulduzların vəziyyəti diqqətlə izlənilir.

"Real"ın futbolçusu Arda Güler "Alaves"lə oyunda zədələndikdən sonra mövsümü başa vurub. Lakin qiymətləndirmələrə görə, gənc oyunçunun Dünya çempionatına hazır olacağı gözlənilir və Türkiyə ilə bağlı ümidlər yüksək olaraq qalır.

Fransa millisinin ulduzu Kilian Mbappenin zədəsinin ciddiliyi hələ də bəlli olmasa da, Məhəmməd Salahın vəziyyəti də bud əzələsindəki problem səbəbindən yaxından izlənilir. Hər iki oyunçunun turnirdə oynaya biləcəyi əsas sual olaraq qalır.

Rodriqo, Militao, Qnabri və Xavi Simons kimi əsas oyunçuların Dünya çempionatını buraxacağı təsdiqlənib. Bu vəziyyət Braziliya və Almaniya kimi nəhənglərin planlarına birbaşa təsir edib.

Artan zədələr turnir öncəsi tarazlığı pozaraq bir çox ölkəni heyət planlarını yenidən nəzərdən keçirməyə məcbur edi. Gərgin mövsüm cədvəlinin oyunçulara təsiri yenidən ön plana çıxıb. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.