Bakı marafonunda birinci olduğum üçün çox xoşbəxtəm - Əhməd Alkanoğlu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daha əvvəl Bakıda yarı marafonun qalibi olmuşam və yenidən burada - Bakı marafonunda birinci olduğum üçün çox xoşbəxtəm.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Bakı Marafonu 2026"da kişilər arasında finiş xəttinə ilk çatan türkiyəli idmançı Əhməd Alkanoğlu jurnalistlərə açıqlamasında deyib.
"Bu gün mübarizə bir qədər çətin idi, çünki çox güclü külək şəraitində yarışdıq", - deyə o bildirib.
İdmançı yarışın təşkilində əməyi olan hər kəsə təşəkkür edib:
"Çünki marafon təşkil etmək asan deyil.
Öz məşqçilərimə, ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu təşkilatda əməyi olan sponsorlara və Azərbaycandakı bütün idmansevərlərə də minnətdarlığımı bildirirəm".
Ə. Alkanoğlu əlavə edib ki, Bakı marafonunda müxtəlif kateqoriyalar üzrə yarışlar keçirilib və bu da marafonun ayrılmaz hissəsidir.
"Mən Türkiyədən gəlmişəm. Bu gün Türkiyə bayrağını dalğalandırdığım üçün xoşbəxtəm.
Ümid edirəm ki, daha böyük marafonlarda daha yaxşı nəticələr əldə edəcəyəm", - deyə o sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da kişilər arasında finiş xəttinə ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub.
İkinci yeri ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yeri isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov tutub.
Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay isə üçüncü olub.
Bu il Bakı marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrut üzrə keçirilib və yarışa 25 min iştirakçı qatılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hərbi xidmətdə bu qaydanı pozanlar 500 manatadək cərimə ediləcək
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
-
Pensiyalar ödənildi - Rəsmi
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
-
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
-
Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
XƏBƏR LENTİ
-
Hərbi xidmətdə bu qaydanı pozanlar 500 manatadək cərimə ediləcək
-
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
-
Pensiyalar ödənildi - Rəsmi
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
-
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
-
Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
-
Zerrin Özerə daha bir ağır itki
-
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” - Mikels
-
Metroda xüsusi rejim tətbiq olunacaq
-
117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)
-
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
-
Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi
-
Röyanın gəlinləri və dostları ilə rəqsi diqqət çəkdi - (Video)
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı
-
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil
-
Qızılın qiymətində dəyişiklik - Son qiymət
-
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
-
Nəzakət Məmmədova təcili əməliyyat olundu - (Video)
-
Astarada kişi evində faciəvi şəkildə öldü





