İran

"Sülh planı nüvə məsələlərini əhatə etmir"

3 May 2026 22:48
Baxış: 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın ABŞ ilə sülh planı yalnız hərbi əməliyyatlara son qoymağa yönəlib və nüvə məsələlərini əhatə etmir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, Tehranın təklif etdiyi 14 maddəlik plan yalnız müharibənin sona çatması üçün tədbirlərə aiddir: "Bizim 14 maddəlik planımız yalnız müharibənin sona çatmasına yönəlib və nüvə məsələlərinə toxunmur".

Qeyd edək ki, bəzi KİV-lər İranın nüvə proqramı məsələsinin ABŞ ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olduğunu yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.