Hadisə

15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü

3 May 2026 19:24
Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.

Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.

Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.

Hadisə zamanı xəsarət alan 47 yaşlı Aydın Qurbanov Zaqatala rayon Xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.