Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
Avropa Parlamentinin 2026-cı il 30 aprel tarixli qərəzli qətnaməsi beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır.
Milli.Az xəbər verir ki, bu barədə Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qətnamənin obyektivlikdən, beynəlxalq hüququn fundamental prinsiplərindən və regionda formalaşmaqda olan sülh gündəliyindən uzaq olduğu vurğulanaraq, Avropa Parlamentinin bu sənədlə Cənubi Qafqazdakı real vəziyyəti təhrif etdiyi, Azərbaycanın suveren hüquqlarına qarşı hörmətsiz yanaşma nümayiş etdirdiyi və artıq geridə qalmış münaqişə ritorikasını yenidən siyasi dövriyyəyə qaytarmağa cəhd göstərdiyi diqqətə çatdırılıb. Xüsusilə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsinin Azərbaycanın daxili hüquqi reallıqlarının təhrif edilməsi və separatçı yanaşmaların dolayı şəkildə legitimləşdirilməsi kimi dəyərləndirilib.
Eləcə də Qarabağ ermənilərinin "qayıdış hüququ" ilə bağlı müddəaların birtərəfli təqdim olunmasının Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan öz ərazisində yaşayan bütün şəxslərin hüquqlarını təmin etmək səlahiyyətinə malikdir və bu kimi məsələlər yalnız Azərbaycanın suverenliyi çərçivəsində həll oluna bilər. Sənəddə Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların qayıdış hüququnun diqqətdən kənarda qalması sərt şəkildə tənqid olunub.
Bəyanatda Avropa Parlamentinin qətnaməsində erməni mədəni irsi ilə bağlı iddiaların birtərəfli olduğu bildirilərək, işğal dövründə Azərbaycan ərazilərində törədilmiş dağıntılara eyni yanaşmanın sərgilənmədiyi qeyd edilib, bunun sənədin hüquqi obyektivlikdən çox siyasi seçicilik əsasında hazırlandığını göstərdiyi vurğulanıb.
Habelə "erməni hərbi əsirləri, saxlanılan şəxslər və girovların ədalətsiz şəkildə həbsdə saxlanılması" barədə iddiaların da hüquqi baxımdan qəbuledilməz olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan ərazisində terrorçuluq, təxribat, qanunsuz silahlı birləşmələrdə iştirak, hərbi cinayətlər və digər ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının suveren hüququdur. Heç bir xarici siyasi qurum Azərbaycanın məhkəmə yurisdiksiyasına siyasi təzyiq göstərə bilməz. Avropa Parlamenti bilməlidir ki, cinayət məsuliyyəti siyasi bəyanatlarla aradan qaldırıla bilməz. Ağır cinayətlərdə ittiham olunan şəxslərin siyasi qətnamə vasitəsilə məsuliyyətdən yayındırılmasına çağırış etmək hüquqi baxımdan yolverilməz, siyasi baxımdan isə məsuliyyətsiz yanaşmadır.
Bundan başqa, Avropa İttifaqının Ermənistandakı missiyasının yalnız "sabitləşdirici faktor" kimi təqdim edilməsi də birtərəfli yanaşmanın göstəricisi olduğu vurğulanıb. Bildirilib ki, regionda sabitlik yalnız bir tərəfin maraqları əsasında deyil, bütün dövlətlərin suverenliyi, təhlükəsizliyi və qarşılıqlı hörmət prinsipləri əsasında təmin oluna bilər. Azərbaycanın haqlı təhlükəsizlik narahatlıqlarının nəzərə alınmaması Avropa İttifaqının neytrallıq və balanslı yanaşma iddiasını ciddi şəkildə şübhə altına alır.
Eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı məsələsinin qətnamədə birtərəfli şəkildə təqdim edilməsinin də qəbuledilməz olduğu bildirilib. Kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası və regional iqtisadi əməkdaşlıq bütün Cənubi Qafqazın inkişafına xidmət edən mühüm amil olduğu vurğulanıb. Avropa Parlamentinin qətnaməsinin sülh prosesinə dəstək vermək əvəzinə, onu zəiflədən sənəd olduğu qeyd edilib. Sənəddə istifadə olunan ifadələrin və irəli sürülən tələblərin revanşist dairələri ruhlandırdığı, separatçı düşüncəni qidalandırdığı və Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə zərbə vurduğu bildirilib.
Avropa Azərbaycan Mərkəzi Avropa Parlamentindən tələb edib ki, Azərbaycan Respublikasına qarşı qərəzli və hüquqi əsası olmayan müddəalardan imtina etsin, "Dağlıq Qarabağ" kimi Azərbaycan Respublikasının hüquqi və inzibati sistemində mövcud olmayan ifadələri rəsmi sənədlərindən çıxarsın, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə hörmət göstərsin. "Azərbaycan xalqının suveren hüquqları, Azərbaycan dövlətinin ərazi bütövlüyü və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması müzakirə predmeti deyil. Bu reallığı heç bir qətnamə, siyasi bəyanat və ya xarici təzyiq dəyişdirə bilməz", - deyə bəyanatda bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - (Video/Foto)
XƏBƏR LENTİ
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
-
78 yaşlı müğənni 3-cü dəfə evləndi - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
-
Soyutma sistemlərinə kiberhücum təhlükəsi barədə xəbərdarlıq
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)
-
ABŞ İranı nüvə ilə vuracaq?
-
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
TikTokerin “Uzak Şehir”ə çəkilməsi qınandı - (Video)
-
Tovuzda ev yanaraq külə döndü
-
Xalq artistini xanımı ilə görüntülədi - (Video)
-
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
-
Bu domenin illik qeydiyyat 100 manat olacaq
-
Deniz Baysalın boşandıqdan sonra verdiyi açıqlama gündəm oldu
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq
-
Röyanın 90 yaşlı fanatının sevgisi - (Video)
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb





