“Bu, İsrail üçün tələyə çevrilib”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrail mətbuatı "Hizbullah"ın pilotsuz uçuş aparatlarının (PUA) yerdəki balansı dəyişdirdiyini yazıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "İsrail Hayom" qəzetində bildirilib ki, "Hizbullah"ı diz çökdürməyi hədəfləyən strateji pusqu, əslində, İsrail üçün strateji bir tələyə çevrilib.
"Şimalda baş verən münaqişələr hər keçən gün bizə əvvəlki minilliyin acı reallığını xatırladır", - qəzet yazıb.
Materialda İsrail ordusunun xüsusilə "Hizbullah"ın hücum dronlarına qarşı mübarizə apardığı qeyd olunub. Fiberoptik idarə olunan pilotsuz uçuş aparatlarının yaratdığı təhlükənin əvvəldən məlum olduğu, lakin lazımi tədbirlərin vaxtında görülmədiyi vurğulanıb.
Bildirilir ki, illər ərzində bu risk barədə xəbərdarlıqlar Müdafiə Nazirliyinə çatdırılıb, lakin cavablar "qiymətləndirmədən laqeydliyə" qədər dəyişib.
Qəzet bu uğursuzluğun sadəcə taktiki bir səhv olmadığını, "təkəbbür" və "hər şeyi bildiyinə inanmaq" yanaşmasının "Hizbullah"a qarşı hazırlanmış strategiyanı zəiflətdiyini vurğulayıb. Dronlara qarşı həssaslığın yalnız təhdid və güc tətbiqinə əsaslandığı qeyd olunub.
İsrail mediasına görə, mövcud vəziyyət müharibədən əvvəlkindən daha mürəkkəbdir. Bu, yalnız İsrail ordusunun tətbiq etdiyi məhdudiyyətlərlə deyil, həm də İranın müxtəlif cəbhələri birləşdirməsi ilə əlaqələndirilir. Tehran Livanı da əhatə edə biləcək mümkün atəşkəs razılaşması üçün təzyiq göstərir.
"Jerusalem Post" qəzetinin yazdığına görə, İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın dronlarını tamamilə dayandırmaq üçün "sehrli bir yol" olmadığını açıqlayıb. Rəsmi mənbələr bildirir ki, dronlar həm qabaqcıl texnologiya, həm də əllə idarəetmə ilə işlədiyindən qarşısını almaq çətindir. Livandakı son itkilərin böyük bir hissəsi dron hücumları ilə bağlıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rəvandan qızına maşın sürmək qadağası
-
15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü
-
Aktyor 48 milyon dollar sərvəti olması xəbərinə belə reaksiya verdi
-
Almaniya müharibəyə hazırlaşır
-
Kabab sevənlər oxusun
-
Tofiq Paşayeva ağır itki
-
“Bu, İsrail üçün tələyə çevrilib”
-
SEPAH ABŞ-yə ultimatum verdi
-
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
-
Starmer də İrəvana gəldi
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub
-
Zelenski İrəvana səfər etdi
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Oktay Çubukun vəziyyəti necədir?
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Sürücülərin nəzərinə!
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar





