Dünya

ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər

3 May 2026 17:27
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mərakeşdə keçirilən "Afrika aslanı" təlimi zamanı iki ABŞ hərbçisi itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığından məlumat verilib.

Məlumata görə, hadisə Tan-Tan şəhəri yaxınlığındakı Kap-Draa təlim poliqonunun yaxınlığında baş verib.

ABŞ, Mərakeş və digər tərəfdaş ölkələrin silahlı qüvvələri quru, hava və dəniz vasitələrindən istifadə edərək əlaqələndirilmiş axtarış və xilasetmə əməliyyatlarına başlayıb.

Qeyd edək ki, "Afrika aslanı" ABŞ, NATO müttəfiqləri və Afrika tərəfdaş ölkələri arasında qarşılıqlı fəaliyyəti gücləndirmək üçün nəzərdə tutulmuş ən böyük illik birgə təlimdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.