Tramp: İrandan gələn yeni təklif qəbuledilməzdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ prezidenti Donald Tramp İrandan gələn yeni təklifi araşdırdığını və bunun qəbuledilməz olduğunu bildirib.
Milli.Az xəbər verir ki, Tramp bu barədə "Kan News"a müsahibəsi zamanı danışıb.
"İranın yeni təklifini araşdırdım və bu, mənim üçün qəbuledilməzdir. İranlılar razılaşmaq istəyirlər. Amma mən onların təklif etdiklərindən məmnun deyiləm", - Tramp deyib.
Qeyd edək ki, İranın pakistanlılar vasitəsilə təfərrüatları bu gün "əl-Cəzirə" tərəfindən dərc edilib. Məlumata görə, təklif üç əsas mərhələni əhatə edir ki, bunlar da müharibənin birdəfəlik dayandırılması, zənginləşdirilmiş uran məsələsi və Hörmüz boğazının açılmasıdır.
İran bundan başqa hücumların yenidən başlamamasına nəzarət üçün beynəlxalq bir qurumun yaradılmasını təklif edib.
İranın təklif etdiyi atəşkəsin Livan da daxil olmaqla bütün regionu əhatə etdiyi bildirilir.
"Kan News"un məlumatına görə, İran Hörmüz boğazını tədricən açmağı və boğazın sularında yaydığı minalarla mübarizə aparmağı öhdəsinə götürəcək, eyni zamanda ABŞ-ın bu məsələdə köməyinə etiraz etməyəcək.
Bunun müqabilində isə ABŞ İran limanlarına qarşı blokadasını ləğv edəcək.
Təklifin ikinci mərhələsi uranın zənginləşdirilməsinin 15 il müddətinə dondurulmasını əhatə edir. Bundan sonra İran uranın zənginləşdirilməsini 3,6%-ə qaytaracaq.
Qeyd olunur ki, İran ABŞ-ın nüvə infrastrukturunun sökülməsi və ya obyektlərinin məhv edilməsi tələbini rədd edib.
İranlılar nüvə proqramının dondurulması müqabilində İrana qarşı sanksiyaların ləğvini, o cümlədən İranın dondurulmuş aktivlərinin azad edilməsini istəyirlər.
Təklifin üçüncü mərhələsi isə İranın bütün regionu əhatə edən təhlükəsizlik sistemi qurmaq məqsədilə ərəb ölkələri və regionla strateji dialoqa girməsini əhatə edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsl vampirin sifəti BELƏ OLUB
-
Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ
-
Ad gününü övladları ilə keçirtdi - FOTO
-
"Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı
-
İrəvana gedən İspaniya Baş nazirinin təyyarəsi Ankaraya məcburi eniş edib
-
Xəzərdə artan zəlzələ aktivliyi təhlükəyə işarədir?
-
Qəhvənin qocalmağın qarşısını alırmış - yeni araşdırma
-
Tramp: İrandan gələn yeni təklif qəbuledilməzdir
-
Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir
-
Dənə-dənə çiyələk mürəbbəsi hazırlamağın sirri
-
İsrailli nazirin ad günü tortu etiraza səbəb olub - FOTO
-
Bədii gimnastika üzrə Avropa kuboku başa çatdı - FOTO
-
Kahının xarab olmasını gecikdirən sadə saxlama üsulu
-
42 kilometr həyəcan: Bakı marafonu necə yaz fəslinin əsas tədbirinə çevrildi - VİDEO
-
Sərçə sayəsində milyonçu oldu
-
Tələbə faciəvi şəkildə öldü - FOTO
-
"Sülh planı nüvə məsələlərini əhatə etmir"
-
Lerikdə ildırım vuran gənc ölüb
-
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
-
Azərbaycanda qadın həyat yoldaşını bıçaqladı
-
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA
-
Makron Ermənistana səfər edib
-
"Mançestet Yunayted" "Liverpul"u məğlub edib
-
Konditer vitrinlərini qısqandıracaq ev üsulu supanql





