Ölkə

Sevgilisi azadlığa çıxanda şikayət etmişdi - İndi “barışmışıq” deyir

18 İyun 2025 16:26
Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəniz kimi tanınan tiktoker Aybəniz Xəlilovanın sevgilisindən şantajla 1 milyon manata yaxın pul alma ittihamı ilə bağlı məhkəmə prosesi davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün keçirilən proses bir sıra maraqlı çıxışlarla yadda qalıb.

Bənizin vəkili deyib ki, zərərçəkmiş Xalid Kərimov ilkin istintaq vaxtı müvəkkilinə bilərək böhtan atıb, real vəziyyət isə başqadır. Əslində Bənizlə Xalidin kəbini var, onlar ailə kimi birlikdə yaşayıblar: "Xalidin müxtəlif vaxtlarda müvəkkilimlə görüşdükdən sonra "300, 500 manat vermişəm" deməsi yalandır. Xalidin Bənizin övladı ilə səmimi danışıqları var. Düzdür, kəbin kağızı rəsmi nikah hesab edilməsə də, amma bu var".

Müdafiəçi kəbin kağızını və içində sübutlar olan diski məhkəməyə sədrlik edən hakim Fəxri Məmmədova da göstərib.

Xalid özü isə məhkəməyə gəlmir. O, vəkili vasitəsilə bildiriş göndərib ki, hazırda Türkiyədədir. Ən maraqlısı isə budur ki, X.Kazımov Bənizə qarşı şikayətini geri götürüb. O, artıq qadından heç bir tələbi olmadığını, həbsdən azad edilməsini istədiyini qeyd edib. Xanım müttəhim özü də zərərçəkmişlə barışdığını, hətta təcridxanada ona hər cür köməklik göstərdiyini deyib. 

Bu yerdə məlumat üçün deyək ki, Bəniz ilkin istintaq dövründə həbs edilib, qısa müddət sonra ev dustaqlığına buraxılmışdı. Həmin vaxt Xalid Kərimov qərardan narazı idi. O, hətta hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edərək Bənizin layiqincə cəzalandırılmasını xahiş etmişdi. İndi isə xaricdən mesaj göndərib ki, Bənizi azadlığa buraxın.

Prosesin sonunda həm Aybəniz Xəlilovanın, həm də Xalid Kazımovun vəkilləri qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıblar. Lakin prokuror Tural Yaqubov buna etiraz edib və məhkəmə onun mövqeyini əsaslı hesab edərək təqsirləndirilən şəxsin həbsdə saxlanmasına qərar verib.

Hakimlər məzuniyyətə getdiyindən növbəti məhkəmə prosesi avqust ayına təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.