Ölkə

60 bal toplayan daha iki müəllim - onlar bu məktəblərdə İŞLƏYİRLƏR

18 İyun 2025 18:45
Baxış: 5 191
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sertifikasiya imtahanında daha iki müəllim maksimal 60 bal toplayıb.

Milli.Az-ın modern.az-a istinadla məlumatına görə, onlardan biri Fərqanə Quliyevadır.

O, Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 2020-ci ildə Bakı Mühəndislik Universitetinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasını bitirib, 2021-ci ildə MİQ imtahanında 53 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb.

Maksimal bal toplayan digər müəllim Gülşən Şahverdiyeva Bakıdakı 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışır. O, 4 il Bakı Atatürk liseyində fəaliyyət göstərdikdən sonra 2023-cü ildə MİQ imtahanında iştirak edərək 70,075 bal toplayıb.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.