Türkiyə

"Netanyahu Hitleri üstələyib" - Ərdoğan

18 İyun 2025 20:46
Baxış: 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bəyan edib ki, İran İsrailin qeyri-qanuni və "dəli" hücumlarına, eləcə də onun "dövlət terrorizminə" qarşı özünü müdafiə edir və bu müdafiə təbii, hüquqi və legitimdir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada həyata keçirdiyi soyqırımlarla Adolf Hitleri belə geridə qoyub.

"İsrailin Baş naziri Netanyahu soyqırımı məsələsində artıq çoxdan Hitlerdən irəlidədir," - deyə Ərdoğan bildirib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.