İqtisadiyyat

Bu qurumda çalışanların pensiya yaşı 65-ə qaldırılır

18 İyun 2025 20:15
Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır.

Milli.Az xəbər verir ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanununa dəyişiklik təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Belə ki, qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər olub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.