Maaşımızdan gəlir vergisi tutulacaq? - Ekspert açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05 % çoxdur. Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov feysbuk hesabında yazıb.
İqtisadçının sözlərinə görə, bu artım 5 səbəbdən ola bilər:
"Birinci səbəb əmək haqlarının artması ola bilərdi. Lakin əmək haqlarının 29-30 faiz artması gözlənilmir. İkincisi, iş yerlərinin sayının artmasıdır ki, heç yeni iş yerləri də bu qədər arta bilməz. Üçüncüsü, inflyasiyanın təsirilə ola bilər ki, amma bu həcmdə heç vaxt. Dördüncü hal, vergi dərəcələrinin dəyişməsilə baş verər bilərdi. Lakin vergi dərəcələrinin dəyişməsi, hələ, bu həcmdə dəyişməsi gözlənilən deyil.
Bəs onda, 30 faizə yaxın verginin artması necə baş verəcək? Qalır 2019-cu ildə qəbul edilmiş bir güzəştin bitməsinin təsirləri. Belə ki, bunun əsas səbəbi böyük ehtimalla 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin müddətinin artıq artırılmamasıdır. Yəni, 2026-ci ilin 1 yanvarında həmin güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq.
Bu dəyişiklik büdcə daxilolmalarını 30 faiz artıracaq. Həmin kateqoriyadan olan şəxslərin vergi yükü də artacaq təbii ki.
"2019-cu ildə bu güzəşt niyə edilmişdi?" sualının cavabı da sadədir: Bu güzəştin edilməsində əsas məqsəd qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək idi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda narkotikin təsiri altında sükan arxasına keçən sürücü həbs edildi - (Video)
-
Zeytun Festivalının konsert proqramı açıqlanıb
-
Tyerri Anri: "Arda Gülər sadəcə dahidir”
-
Hərbçimiz ürəyindən əməliyyat olundu - (Video)
-
"Koroğlu" stansiyasında nə baş verir?
-
Pensiya alanlara şad xəbər - Əlavə pul veriləcək
-
Fransadan sonra İtaliya da qarışdı: Milanda kütləvi iğtişaşlar
-
Xırdalanda tıxac problemini həll edəcək iki yeni layihə - (Video)
-
Bakıda uşağın burnundan 2 il sonra gilas tumu çıxarıldı - (Video)
-
Nahidə Babaşlı nişanlısı ilə görüntüsünü paylaşdı - (Video)
-
DYP sürücülərə müraciət etdi
-
Bu şəxslərin maaşları artacaq - (Video)
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Orxan Şabanovun ölümünə görə 2 nəfər həbs edildi
-
Ceymi Karrager: "Arda Güləri Vinisius Juniora görə qurban vermək olmaz"
-
Neft yenidən ucuzlaşdı
-
Paytaxtın 15 küçəsində tıxac var
-
Bakının bu ərazisində işıq olmayacaq
-
Cibinizdən ödəməyə tələsməyin – Yoldakı çuxur qəzaya səbəb olarsa, hüquqlarınız hansılardır? - (Video)
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)





