Şou-biznes

“Zeynəb Xanlarovadan dəvət gözləyirəm, çağırsa, gedəcəyəm” - FOTO

16 Sentyabr 2025 18:22
Baxış: 623
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Zeynəb Xanlarovanın nəvəsinə toy edəcəyini mən də eşitmişəm. Amma hələ məni toya dəvət etməyib".

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın tanınmış qoşanağara ustası Sadıq Zərbəliyev deyib.

Xalq artisti bildirib ki, 1975-ci ildən bu günə qədər birgə çalışdığı sənət yoldaşı Zeynəb Xanlarovadan toya dəvət gözləyir:

"Zeynəb Xanlarova nəvəsinin toyuna məni çağırsa, gedib iştirak edəcəyəm".

Qeyd edək ki, Xalq artisti Zeynəb Xanlarova nəvəsini evləndirir. "Olay"ın məlumatına görə, sənətçinin oğul nəvəsi 25 yaşlı Zeynəb Xanlarovanın (Babayeva) toyu sentyabrın 28-i baş tutacaq. "Gülüstan" sarayında keçiriləcək toyda siyasətçilər, iş adamları və müxtəlif sənət nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, sənətçinin nəvəsinə 2023-cü ildə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində vəzifə verilmişdi. (Musavat.com)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.