Uşaqlarda adaptasiya problemini necə aradan qaldıraq? - Psixoloq AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni dərs ilinin başlaması ilə bir çox valideynləri narahat edən məsələlərdən biri də uşaqlarda məktəbə adaptasiya problemidir. Xüsusilə ilk dəfə məktəbə və ya bağçaya başlayan uşaqlarda bu vəziyyət daha qabarıq şəkildə özünü göstərir. Birinci sinif şagirdlərinin bəziləri bu günü sevsə də, bəziləri üçün həyacan ve stressli gün kimi yadda qalır. Məhz bəzi uşaqların ağlaması da bundan irəli gəlir.
Bəs uşaqlarda adaptasiya problemini necə aradan qaldıraq?
Milli.Az xəbər verir ki, bu məsələdə valideynlər qədər psixoloqların da töhfələri önəmlidir.
Psixoloq Aynur İsmayılova bildirir ki, uşaqlar adətən 5 yaşın sonu və ya 6 yaşında məktəbə qədəm qoyurlar. Bu mərhələ artıq onların şəxsiyyətinin formalaşmağa başladığı dövr hesab olunur. Əgər bu zaman valideyn, müəllim və şagird arasında sağlam və düzgün bir əməkdaşlıq qurularsa, uşaqlar məktəb mühitinə daha rahat uyğunlaşa bilirlər. Belə olan halda, şagirdlərdə dərsə maraq artır, öyrənmək istəyi güclənir və nəticədə nə valideyn, nə də müəllim bu prosesdə çətinlik çəkir.
Psixoloqun sözlərinə görə, adaptasiya prosesi uşağın yaşına, psixoloji durumuna və ailədaxili münasibətlərə görə fərqli formada gedə bilər:
"Bəzi uşaqlar bir neçə günə uyğunlaşsa da, digərlərində bu müddət həftələrlə çəkə bilər. Məktəbə getmək istəməmək, səhərlər ağlayaraq oyanmaq, qarın və baş ağrısı kimi psixosomatik şikayətlər, aqressiv və ya içəqapanıq davranışlar, müəllim və ya sinif yoldaşlarına qarşı qorxu və narahatlıq bu problemin əlamətlərindəndir. Uşağı digər uşaqlarla müqayisə etmək, "başqaları gedir, sən niyə getmirsən?" demək onun psixoloji təzyiq altında qalmasına səbəb ola bilər. Uşağın qorxularını ciddiyə alın və onu sakitləşdirin. "Səni başa düşürəm, amma bu keçəcək" kimi ifadələr istifadə edin. Sinif rəhbəri ilə mütəmadi əlaqədə olmaq, uşağın məktəbdəki davranışlarını izləmək üçün faydalıdır. Yuxu, qidalanma və oyun saatlarını nizamlamaq uşağın emosional stabilliyini artırır. Uşaq üçün "bugün məktəbdə 1 saat qal" kimi mərhələli adaptasiya planı hazırlamaq onun özünəinamını gücləndirə bilər".
Məktəb psixoloqu bildirir ki, valideynlərin davranış tərzi bu dövrdə həlledici rol oynayır:
"Uşaq qorxur və bu qorxusunu ifadə edir. Valideyn isə ya panikaya düşür, ya da kobud reaksiya verir. Bu zaman uşaq daha da çətinlik çəkir. Səbirli olmaq və ona zaman vermək lazımdır. Adaptasiya problemi keçici bir mərhələdir və düzgün yanaşma ilə uşaq bu mərhələni rahatlıqla aşa bilər. Əsas odur ki, ona sevgi, anlayış və güvən hissi verilsin".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
XƏBƏR LENTİ
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
"Tam Store" barədə inzibati protokol tərtib olunub
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)
-
Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
İranda zəlzələ oldu
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?
-
ABŞ-da seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?





