Dünya

Yaponiyada siyasi partiyaya süni intellekt başçılıq edəcək

17 Sentyabr 2025 00:52
Baxış: 232
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiyanın "Dirçəlişə gedən yol" siyasi partiyası "yeni lideri"nin süni intellekt olacağını elan edib

Milli.Az xəbər verir ki, partiyanın əvvəlki rəhbəri Sindzi İsimaru iyulda ölkə parlamentinin yuxarı palatasına keçirilən seçkidə uğursuz nəticələrə görə istefa verib.

"Yeni lider süni intellekt olacaq" , - deyə İsimarunun yerinə partiyadaxili seçkidə qalib gələn 25 yaşlı aspirant Koki Okumura bildirib. Universitetdə süni intellekt üzrə təhsil alan tələbə özünün partiyanın "yeni rəhbəri"nin köməkçisi kimi fəaliyyət göstərəcəyini söyləyib.

O vurğulayıb ki, süni intellekt partiya üzvlərinin siyasi fəaliyyətinin xarakterini müəyyən etməyəcək. Ona partiya üzvləri arasında resursların bölüşdürülməsi kimi vəzifələri həvalə olunacaq. (oxu.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.