Dünya

İsrail ordusu Tehrana zərbələr endirməyə başladı

18 İyun 2025 17:05
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Qüvvələri (İDF) bu gün səhər saatlarında İranın qərbində yerləşən daha 40-dan çox hərbi obyektə hava hücumları həyata keçirib. 

Milli.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

Bildirilib ki, hücumlar zamanı əsas hədəf raket anbarları və raketlə əlaqəli obyektlər olub.

Hücumda təxminən 25 qırıcı təyyarə iştirak edib.

Bununla yanaşı, qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə "Emad" tipli ballistik raketlərlə dolu buraxılış qurğusuna da zərbə endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.