"Əlimyandı" adı ilə satışa çıxarılan problemli maşınlar - Uzaq durun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə avtomobil alqı-satqısı artıq bazarda yox, sosial şəbəkələrdə baş verir. Gecə saatlarında "əlimyandı", "cekpot", "qaçırma" şüarları ilə ucuz qiymətə paylaşılan elanlar diqqəti cəlb edir. Amma bu təqdimatın altında çox vaxt görünməyən, lakin bahalı problemlər yatır.
Əgər bir avtomobil bazar qiymətindən xeyli ucuz təklif olunursa, bilin ki, burada ya mühərrik nasazdır, ya sənədlərdə problem var, ya da maşın hansısa səbəblə təcili əldən çıxarılmağa çalışılır. Bəzən şassi və mühərrik kodlarında problem olur, amma bu detalları alıcı gecikmiş formada - artıq maşın alınandan sonra öyrənir.
Avtomobil satmaq istəyənlər maşını "makiyajlayıb" təqdim edir: bir az cilalama, yağ dəyişikliyi, kiçik nasazlıqların gizlədilməsi vəssalam - bir neçə gün problemsiz işləyəcək bir görüntü yaradılır. Alıcı isə sevinc içində maşını alır, sabahı gün isə ya mühərrik yatır, ya ötürücü qutu sıradan çıxır, ya da digər problemlər başlayır.
Unutmayın: əgər biri maşını real qiymətindən aşağı satırsa, ondan xilas olmaq istəyir. Həqiqətən yaxşı vəziyyətdə olan avtomobil sahibini tələsməyə məcbur etmir.
Ekspertlər deyir: "Tələskənliklə alınan maşın sabah peşmançılıq yarada bilər." Maşın alışı bir gecədə telefon işığında yox, gün işığında, ustayla birlikdə, detallı baxışla olmalıdır. Avtomobil almaq yox, problem almaq istəmirsinizsə - səbirli və diqqətli olun.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti
-
Hidayət Heydərov bürünc medal qazandı
-
Sahil Babayevə yeni müavin təyin edildi - dosye
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
-
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi





