Dünya

Arvadı Makronu niyə vurub? - Yelisey Sarayından AÇIQLAMA

26 May 2025 15:09
Baxış: 1 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama səfəri zamanı çəkilmiş video sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, sözügedən görüntülərdə Bricit Makronun prezident Makrona açıq şəkildə şillə vurduğu iddia olunur.

Lakin yayılan iddialara və fərziyyələrə cavab olaraq Prezident Makronun yaxın çevrəsi aydınlıq gətirib. BFMTV kanalının siyasi müxbiri Leopold Audebertin verdiyi məlumata görə, Yelisey Sarayı bu videonu cütlüyün səfər başlamazdan öncə sadəcə "zarafatlaşaraq stres atdıqları" bir an kimi izah edib:

"Bu, prezident və həyat yoldaşının səyahət başlamadan əvvəl son dəfə gərginliyi azaltdıqları bir andır. Aralarında olan yaxın münasibətin sadə və şəxsi bir nümunəsidir" .

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.