Dünya

Hakan Fidan Rusiyada nələri müzakirə edəcək?

25 May 2025 12:17
Baxış: 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin xarici işlər naziri Hakan Fidan 26-27 may tarixlərində Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya və Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Səfərin məqsədi açıqlanmasa da, ekspertlər Fidanın Moskva ziyarətini həm ikitərəfli münasibətlər, həm də regional və qlobal proseslərin müzakirəsi baxımından əhəmiyyətli hesab edirlər.

Xatırladaq ki, hazırda həm Qara dəniz regionunda, həm də Cənubi Qafqazda gərgin geosiyasi proseslər yaşanır. Eyni zamanda, Suriyada və Ukraynada baş verən hadisələr Türkiyə-Rusiya münasibətlərini birbaşa təsir altında saxlayır.

Diplomatik müşahidəçilər ehtimal edirlər ki, Hakan Fidanın səfəri çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri, Qarabağdan sonrakı vəziyyət, Suriya və Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.