Dünya

Kolumbiyada tələbə avtobusu qəzasında 10 nəfər ölüb

25 May 2025 10:47
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılması nəticəsində azı 10 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə qəza qurbanlarının təhsil aldığı Aleksandr fon Humboldt Universiteti bildirib.

"Avtobusda 22 tələbə, iki müəllim və müəssisəmizin rabitə şöbəsinin əməkdaşı olub", - deyə universitetin rektoru Dieqo Xaramilyo Lopes universitetin "Instagram" səhifəsində dərc olunmuş müraciətində bildirib.

Kolumbiyanın Armeniya şəhərində yerləşən universitet yeddi tələbə və üç universitet əməkdaşı olmaqla, ölənlərin siyahısını açıqlayıb. "Caracol" telekanalının məlumatına əsasən, qəza nəticəsində 8 tələbə həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.