ABŞ və Avropanın yüksək səviyyəli rəsmiləri və hərbi ekspertləri hesab edirlər ki, Rusiyanın Ukraynada hərbi potensialı zəifləməyə başlayıb və Moskva 2025-ci ilə qədər ciddi şəkildə canlı qüvvə və silah çatışmazlığı ilə üzləşə bilər.
Milli.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, Qərb rəsmiləri hazırkı dövrü Rusiya üzərinə təzyiq göstərmək üçün münaqişənin başlanğıcından bəri ən əlverişli zaman hesab edirlər.
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) hesabatına əsasən, əgər danışıqlar yolu ilə sülh əldə olunmasa və Qərbdən davamlı və qəti yardım göstərilməsə, müharibə 2025-ci ilə qədər tədricən Rusiyanın xeyrinə inkişaf edə bilər. Sözügedən hesabat 10 gün əvvəl idarənin direktoru Cefri Kruz tərəfindən ABŞ Konqresinə təqdim olunub.
Bununla belə, qeyd edilir ki, Rusiyanın Ukraynada əldə etdiyi irəliləyişlər böyük texnika və canlı qüvvə itkiləri hesabına baş verir. ABŞ Müdafiə Nazirliyi bildirir ki, 2022-ci ilin fevralından bəri Rusiya ordusu 3000-dən çox tank, 250-yə yaxın təyyarə və helikopter, eləcə də 10-dan çox döyüş gəmisi də daxil olmaqla ümumilikdə 10 minə yaxın döyüş texnikasını itirib.
Kənan
Milli.Az