Dünya

"Europa Clipper" Marsı görüntülədi – Qəribə görüntü alimləri təəccübləndirdi

18 May 2025 08:08
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA-nın Yupiterin "Avropa" peykini araşdırmaq üçün göndərdiyi "Europa Clipper" aparatı uçuş zamanı Marsın infraqırmızı görüntüsünü qeydə alıb. Maraqlısı budur ki, fotodakı qəribəliklər elm adamlarını çaşdırıb.

Milli.Az xəbər verir ki, görüntü əsas alətlərdən biri olan "E-THEMIS"in test məqsədilə çəkilib. Aparat Marsın 884 km yaxınlığından keçərkən planeti boz tonlarda "kosmik kabus"u xatırladan bir şəkildə görüntüləyib. Foto 18 dəqiqəyə 1000 kadr əsasında hazırlanıb.

Qeyd edək ki, "Europa Clipper" 2030-cu ildə Yupiterin "Avropa" peykinə çataraq, orada təxminən 49 uçuş həyata keçirəcək və buzla örtülü səthin altındakı maye okeanda həyat əlamətləri axtaracaq.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.