Dünya

Bu gündən bu şəxslərin sürücülük vəsiqəsi etibarsız sayılır - Rusiyada

1 Aprel 2025 10:00
Baxış: 1 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada aprelin 1-dən xarici lisenziya ilə avtomobil idarə etmək mümkün olmayacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, martın son günündə Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi almış şəxslər üçün xarici "lisenziya"ların sadələşdirilmiş dəyişdirilməsi müddəti başa çatıb.

Bu qayda xarici ölkədə sertifikat almış ruslara da aiddir. Yol polisi qayda pozanları 5-15 min rubl cərimələmək hüququna malik olacaq.

A və B kateqoriyalı "lisenziyaları" əvəz etmək üçün aprelin 1-dək yol hərəkəti qaydaları haqqında biliklərlə bağlı nəzəri imtahan verilməli idi. C və D hallarında praktiki sürücülük bacarıqlarını nümayiş etdirmək də lazım idi. Qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinin 12.7-ci maddəsinin birinci hissəsi ilə cərimə olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.