Dünya

Arvadını it yuvasında saxladı, alt paltarında küçədə gəzməyə məcbur etdi

28 Mart 2025 15:00
Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada kişi arvadını it yuvasında saxlayıb və onu alt paltarında küçədə gəzməyə məcbur edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Siena şəhərində yaşayan əcnəbi arvadını təhqir etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Zərərçəkmiş əri tərəfindən daim təhqir olunmasından şikayətlənib.

Bir neçə dəfə əri onu heyvan kimi dördayaq üstə dayanmağa məcbur edib və itin yuvasına itələyib. O, həmçinin arvadına alt paltarında çölə çıxmasını əmr edib. Bundan əlavə, ev tiranı mütəmadi olaraq arvadını döyüb və təhqir edib. Bu, 2022-ci ilin yayından 2024-cü ilin yanvarına qədər çəkib.

Həmin şəxs iki il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin ona qadına 500 metrdən az yaxınlaşmaq qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.