Dünya

Husilər ABŞ-nin Qırmızı dənizdəki donanmasına hücum edib

26 Mart 2025 18:49
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yəmənin "Ənsar Allah" hərəkatından olan husi döyüşçülər ABŞ-nin Qırmızı Dənizdəki hərbi gəmilərinə hücum edib.

Trend xəbər verir ki, bu barədə husilərin silahlı birləşmələrinin nümayəndəsi Yəhya Sariə öz Telegram səhifəsində məlumat bölüşüb.

O bildirib ki, husilərə məxsus raket qoşunları, pilotsuz aviasiya və hərbi-dəniz qüvvələri birgə əməliyyat keçiriblər. Onun sözlərinə görə, hücum hədəflərindən biri ABŞ-nin Qırmızı Dənizdəki donanmasının başında gedən "Harry Truman" aviadaşıyıcısı olub.

Qeyd edək ki, bundan əvvəl Yəhya Sariə Qırmızı Dənizdəki başqa ABŞ gəmilərinə hücum barədə məlumat yaymışdı. O, bu hücumların Amerikanın Yəmənə qarşı hərbi təcavüzünə cavab olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.