Dünya

Əfqanıstanda qadınlara daha bir QADAĞA

7 Mart 2025 18:03
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı qadınların camaat namazını qılmaq üçün məscidlərə getməsini qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Herat əyalətindəki mənbələrə istinadən "Etilaatroz" nəşri məlumat yayıb.

Məhdudiyyətlərlə bağlı məlumatlar əhaliyə şifahi formada, məscid imamlarının vasitəsilə çatdırılıb.

Qeyd edək ki, artıq bundan sonra qadınların məscidlərdə cümə namazına getməsinə icazə verilmir, baxmayaraq ki, əvvəllər ibadət məkanlarında onlar üçün ayrıca otaqlar ayrılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.