Dünya

Belə birlik uzun müddət olmamışdı - Zelenski

3 Mart 2025 10:49
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

London sammiti Ukraynaya və bizim ümumi Avropanın gələcəyinə həsr olunub.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu London sammitində iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında yazıb.

"Biz Ukraynaya, xalqımıza: əsgərlərə və mülki şəxslərə, müstəqilliyimizə güclü dəstəyi hiss edirik. Biz hamımız Avropada birlikdə çalışırıq ki, əsl sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsi naminə Amerika ilə əməkdaşlıq üçün etibarlı zəmin olsun", - bildirib.

V.Zelenski uzun müddətdən bəri Avropanın ilk dəfə həmrəylik nümayiş etdirdiyinə də diqqət çəkib:

"Avropa son dərəcə yüksək həmrəylik göstərir, belə birlik uzun müddətdir olmamışdı".

Ukrayna lideri tərəfdaşlarla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh şərtlərini müzakirə etdiyini bildirib.

O qeyd edib:

"Biz yaxın gələcək üçün bir sıra mühüm görüşlər və həll yolları hazırlayırıq".

Sonda Prezident Ukraynanın bütün dostlarına və tərəfdaşlarına ölkəsində sabit və təminatlı sülhün bərqərar olması üçün göstərdikləri səylərə görə təşəkkür edib:

"Ümumi qüvvələrimiz gələcəyimizi qorumağa qadirdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.