Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval ofisdəki mübahisəsindən sonra münasibətləri düzəltməyin mümkünlüyünə inanır.
Milli.Az xəbər verir ki, bu barədə Zelenski London Sammitindən sonra jurnalistlərə bildirib.
Zelenski danışıqların bağlı qapılar arxasında davam etdirilməsinin vacibliyini vurğulayıb.
"ABŞ-ın Ukraynaya yardımı dayandıracağına inanmıram. Çünki Tramp Vladimir Putinə kömək etmək istəmir" deyə, Ukrayna prezidenti qeyd edib.
Bununla belə, o, gözlənilən bütün çağırışlara hazır olacağını vurğulayıb.
Zelenski Ukraynanın yeraltı sərvətlərinin istismarı üçün ABŞ-la müqavilə imzalamağa hazır olduğunu bir daha bildirib. /APA
Milli.Az