"Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Keir Starmer ABŞ-a səfər edərək Ukraynanın təhlükəsizliyinə dair xüsusi müzakirələr aparmaq üçün ABŞ prezidenti Donald Trump ilə görüşəcəklər".
Milli.Az xəbər verir ki, bunu politoloq Aydın Quliyev deyib.
O bildirib ki, görüşdə Avropanın Ukraynanın müdafiə və təhlükəsizliyini öz üzərinə götürməsi qarşılığında Trampdan Rusiya ilə danışıqlardan imtina etməsi istəniləcək.
"Avropa liderləri Trampı "biznes dili"ndə danışaraq razı salmağa çalışacaqlar. Bu müzakirələrdən gələcək nəticələr dünyanın yeni geosiyasi vəziyyətinin formalaşmasında böyük əhəmiyyət kəsb edəcək. Hər şey Trampın Rusiya ilə danışıqlardan imtina etməsindən asılı olacaq. Əgər Tramp bu təklifi rədd edərsə, bu, NATO və Avroatlantikanın gələcəyini ciddi şəkildə təhdid edə bilər".
Asya
Milli.Az