Dünya

Dənizdə DƏHŞƏT: Köpəkbalığı ilə şəkil çəkdirmək arzusu FACİƏ oldu - FOTO

16 Fevral 2025 12:34
Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karib dənizində Providensiales adasının mərkəzində yerləşən Tompson-Kouv çimərliyində dəhşətli hadisə baş verib. Kanadadan olan 55 yaşlı turist qadın köpəkbalığı hücumuna məruz qalaraq hər iki əlini itirib. Faciə qadının tətilini keçirdiyi sahildən bir neçə metr məsafədə baş verib.

Milli.Az bildirir ki, Oxu.Az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Bildirilir ki, sualtı aləmin gözəlliyinə heyran olan turist dəniz yırtıcısı ilə təmasda olmaq və onu kameraya çəkmək qərarına gəlib. Lakin bu məşum təşəbbüs kabusa çevrilib. Köpəkbalığı qadına bir göz qırpımında hücum edərək, ona ciddi xəsarətlər yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, qadının ölüm təhlükəsi ilə üzləşdiyini görən həyat yoldaşı inanılmaz cəsarət və fədakarlıq nümayiş etdirib, ətrafda fırlanaraq qadını yenidən dişləməyə cəhd edən yırtıcı balıqdan xanımını xilas etməyə çalışıb.

Buna baxmayaraq, turist qadın əllərindən və budundan ciddi xəsarətlər alıb. Həkimlər onun qolunun birini bilək nahiyəsindən, digərini isə dirsəkdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar.

Bununla belə, vaxtında göstərilən tibbi yardım sayəsində həkimlər zərərçəkmişin ayağını xilas edə biliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.