Dünya

"İsrail 100 milyard dollar ödəməlidir"

10 Fevral 2025 17:25
Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Qəzzadakı dağıntıların əvəzini ödəməlidir, zərərin məbləği 100 milyard dollar təşkil edir.

Milli.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qəzzadakı dağıntıların miqyasının 100 milyard dollar olduğu təxmin edilir, buna görə İsrail və Netanyahu hökuməti məsuliyyət daşıyır. İsrail hakimiyyəti əvvəlcə dağıntıların əvəzini ödəməli, sonra Qəzzanın yenidən qurulması prosesinə başlamalıdır. Netanyahu torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer tapmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar zərəri ödəmək üçün resurslar tapmalıdır", - o bildirib.

 Milli.Az
 
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.