Hindistanın Madhya Pradeş əyalətində keçirilən toy mərasimi faciə ilə nəticələnib.
Milli.Az xəbər verir ki, gəlinin əmisi qızı Parinita Kain toy öncəsi ənənəvi "sangeet" mərasimində rəqs edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.
İndor şəhərindən Vidişa bölgəsinə qohumunun toyuna gələn Kainin səhnədə rəqs edərkən yerə yıxıldığı anlar kameraya düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc qadının ifa zamanı qəfil üzüstə düşdüyü görünür.
Zee News-un məlumatına görə, şənbə günü baş verən hadisədə Kainin infarkt keçirdiyi ehtimal edilir. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Toy mərasimi ləğv edilib.
Son dövrlərdə Hindistanda gənclər arasında qəfil infarkt hallarının artması mütəxəssisləri narahat edir. Həkimlər stress, nizamsız həyat tərzi və vaxtında aparılmayan tibbi müayinələr barədə xəbərdarlıq edirlər.
İsmayıl
Milli.Az