Dünya

Onlar həmin qəzada öldülər - FOTOlar

31 Yanvar 2025 20:26
Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Faciə ABŞ-da son 20 ildə ən ölümcül hava fəlakəti ola bilər.
ABŞ-da ölümlə nəticələnən American Airlines təyyarə qəzasının ən gənc qurbanlarının adları açıqlanıb. 

Milli.Az bildirir ki, onların fiqurlu konkisürən Anjela Yanq və Şon Key olduğu ortaya çıxıb.

American Airlines təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq, Ronald Reyqan Vaşinqton Milli Hava Limanına yaxınlaşarkən havada ABŞ ordusuna məxsus Black Hawk helikopteri ilə toqquşub.

Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, Potomak çayına düşən helikopterdə isə üç nəfər olub.

ABŞ-da son 20 ilin ən ölümcül hava fəlakəti ola biləcək qəzada sağ qalan olmayıb. İndi təsdiqlənib ki, ölən 67 nəfər arasında iki gənc buz üzərində rəqs cütlüyü də var.

11 və 12 yaşlarında olduğu güman edilən cütlük Delaver Universiteti Fiqurlu konkisürmə klubunun üzvləri idi və yanvarın 20-dən 26-dək Kanzasda ən yaxşı gənc konkisürənlərin məşq etdiyi milli inkişaf düşərgəsindən qayıdırdılar.

Konkisürənlərin "Facebook" qrupunda yayımlanan nekroloqa görə, cütlük bu mövsüm uşaqların buz üzərində rəqslərində məğlub olmayıblar. 

Ölənlər arasında bostonlu fiqurlu konkisürən 13 yaşlı Cinna Xan və 16 yaşlı Spenser Leyn və onların analarının olduğu bildirilir. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.