Dünya

Makron qorxuya düşdü: “Tramp bu addımı atsa, nə edəcəyik?”

21 Yanvar 2025 20:04
Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti Emmanuel Makron Avropanı "ayılmağa" və Donald Trampın hakimiyyətə qayıdışından sonra müdafiəyə daha çox pul xərcləməyə çağırıb.

 Milli.Az xəbər verir ki, bu barədə "Le Monde" yazıb.

"Amerikalı müttəfiqimiz Aralıq dənizindən hərbi gəmilərini geri çəksə, sabah Avropada nə edəcəyik?" - deyə o, təəccüblə bildirib.

Makron xəbərdarlıq edib ki, Ukraynadakı müharibə sabah və ya o biri gün bitməyəcək, gəlin özümüzü aldatmayaq.

Fransa prezidenti vurğulayıb ki, Avropa müdafiəsi üçün məsuliyyəti daha çox öz üzərinə götürməlidir: "Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz". /Bizim.Media

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.