Dünya

Tramp "miqrant ovuna" başlayır

18 Yanvar 2025 08:19
Baxış: 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası yanvarın 21-dən qeyri-qanuni mühacirlərin kütləvi deportasiyası ilə bağlı seçkiqabağı kampaniyası zamanı verdiyi vədləri yerinə yetirməyə başlayacaq.

Milli.Az xəbər verir ki, miqrantlara qarşı ilk genişmiqyaslı reyd Çikaqoda başlayacaq və həftənin sonuna qədər davam edəcək. Əməliyyatda təxminən 200 ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşı iştirak edəcək.

Qəzet yazır ki, onların hədəfi ilk növbədə cinayət keçmişi olan qeyri-qanuni miqrantlar olacaq.

Nəşr qeyd edir ki, Çikaqodan sonra miqrant reydləri Nyu-York, Los-Anceles, Denver və Mayamidə keçiriləcək. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.