Dünya

Trampa hökm oxundu

10 Yanvar 2025 21:46
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu York məhkəməsində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa hökm oxunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, hakim Xuan Merçan Trampla bağlı şərtsiz azad etmə qərarı çıxarıb.

Hökmə əsasən Tramp təqsirli olaraq qalacaq, lakin o nə həbs, nə də cərimə olunacaq. Tramp məhkəməyə virtual olaraq qatılıb.

Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.