Dünya

Rus qazının nəqli tamamilə dayandırıldı

1 Yanvar 2025 12:56
Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna tərəfinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina etməsi "Qazprom"u bu marşrutla yanacaq tədarükü üçün texniki və hüquqi imkandan məhrum etdi və buna görə də yanvarın 1-də Moskva vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 09:00) qazın nəqli dayandırıldı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Qazprom"dan məlumat verilib.

"Kiyevin bu sazişləri yeniləməkdən dəfələrlə və açıq şəkildə imtina etməsi səbəbindən "Qazprom" 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü ilə bağlı texniki və hüquqi imkandan məhrum edilib. Moskva vaxtı ilə saat 08:00-dan etibarən Rusiya qazının Ukrayna ərazisindən nəqli həyata keçirilmir", - qurumdan bildirilib.

Qeyd edək ki, "Qazprom" və "Naftoqaz" arasında Rusiya qazının Ukrayna ərazisindən nəqlinin təşkili ilə bağlı beşillik saziş yanvarın 1-də başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.