Dünya

Türkiyənin Suriya planı - 300 minlik ordu yaradılır

24 Dekabr 2024 18:35
Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün müxalifət qrupları Suriya Müdafiə Nazirliyinin tabeliyində birləşəcəklər. 

Milli.az xəbər verir ki, bununla bağlı razılıq əldə olunub. Bu barədə Suriyanın yeni lideri Əhməd əş-Şara deyib.

Qeyd edək ki, Türkiyə Suriyanın yeni hökumətinə 300 min nəfərlik nizami ordu qurulmasında dəstək verəcək.

Bu layihə çərçivəsində Türkiyənin hərbi məsləhətçiləri və mütəxəssisləri Suriya ilə birgə çalışaraq, ordu strukturunun qurulması, təlimlərin keçirilməsi və lazımi avadanlıqların təmin edilməsi işlərinə kömək edəcəklər.

Türkiyəli mütəxəssislər, Suriya ordusunun gələcəkdə bölgədəki münaqişələrə daha effektiv müdaxilə etməsi və milli təhlükəsizliyi təmin etməsi üçün müxtəlif sahələrdə təlimlər təşkil edəcəklər.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.