Bütün müxalifət qrupları Suriya Müdafiə Nazirliyinin tabeliyində birləşəcəklər.
Milli.az xəbər verir ki, bununla bağlı razılıq əldə olunub. Bu barədə Suriyanın yeni lideri Əhməd əş-Şara deyib.
Qeyd edək ki, Türkiyə Suriyanın yeni hökumətinə 300 min nəfərlik nizami ordu qurulmasında dəstək verəcək.
Bu layihə çərçivəsində Türkiyənin hərbi məsləhətçiləri və mütəxəssisləri Suriya ilə birgə çalışaraq, ordu strukturunun qurulması, təlimlərin keçirilməsi və lazımi avadanlıqların təmin edilməsi işlərinə kömək edəcəklər.
Türkiyəli mütəxəssislər, Suriya ordusunun gələcəkdə bölgədəki münaqişələrə daha effektiv müdaxilə etməsi və milli təhlükəsizliyi təmin etməsi üçün müxtəlif sahələrdə təlimlər təşkil edəcəklər.
Nərmin
Milli.Az