Dünya

"Avropa tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir"

21 Dekabr 2024 16:35
Baxış: 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask Almaniyada və Avropada doğum səviyyəsinin aşağı olmasından narahatlığını ifadə edib.

Milli.Az bildirir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Almaniya və Avropa çox aşağı doğum nisbətlərinə görə dərin problem içindədir. Onlar tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir", - Mask deyib.

Bundan əvvəl milyarder xəbərdarlıq edib ki, bəşəriyyət böyük bir demoqrafik böhran təhlükəsi ilə üz-üzədir və bunun nəticəsində bütün xalqlar yox ola bilər.

Mask vurğulayıb ki, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır. /Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.