Dünya

BMT Təhlükəsizlik Şurası Suriyaya dair bəyanat yaydı

18 Dekabr 2024 07:56
Baxış: 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Təhlükəsizlik Şurası Suriyada 2254 saylı qətnamənin əsas prinsipləri əsasında inklüziv siyasi prosesin aparılmasına çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda bildirilib.

Şura üzvləri BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenin bu prosesin asanlaşdırılmasında səylərini dəstəklədiklərini bir daha təsdiqləyiblər.

Bəyanatda bütün suriyalıların qanuni istəklərinə cavab verən, onları qoruyan və gələcəklərini sülh yolu ilə, müstəqil və demokratik şəkildə müəyyən etməyə imkan verən bir prosesin zəruriliyi vurğulanıb. Şura həmçinin Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini təsdiqləyib və bütün dövlətləri bu prinsiplərə hörmət etməyə çağırıb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.