İspaniyada ölənlərin sayı 205 nəfərə çatdı - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniyada güclü yağış və fırtınanın yaratdığı seldə həyatını itirənlərin sayı 205-ə yüksəlib, qurbanların əksəriyyəti Valensiyadadır.
Milli.Az xəbər verir ki, səlahiyyətlilər hələ də itkinlərin çox olduğundan ölənlərin sayının artacağından narahatdırlar.
--------------
2024.10.31
İspaniyanın şərqindəki Valensiya muxtar icmasında daşqınlar nəticəsində ölənlərin sayı 155-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
----------
19:12
İspaniyada daşqınlar və fırtına nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə EFE informasiya agentliyi məlumat yayıb.
Mütəxəssislərin qənaətinə görə, hazırkı təbii fəlakət ölkə tarixində qeydə alınan ən dağıdıcı təbii fəlakətlərdən biri kimi tarixə düşüb.
Belə ki, bir gün ərzində ölkə ərazisinə düşən yağıntıların miqdarı illik normanı ötüb.
--------
30 oktyabr
İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 92 nəfər həlak olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "X" hesabında bölgənin fövqəladə hallar xidməti məlumat yayıb.
Xidmət onu da əlavə edib ki, hazırda qurbanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.
----------
20:35
İspaniyadakı daşqınlar nəticəsində ən azı 72 nəfər həyatını itirib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İspaniyanın regional hakimiyyət orqanları məlumat yayıb.
Bildirib ki, Valensiya şəhərində ən azı 70 nəfər həyatını itirib. Yerli hökumət vətəndaşlara evlərini tərk etməməyi və lazım olmadığı müddətcə səyahət etməməyi tövsiyə edib.
Kastiliya La Mança muxtar ərzisinin rəsmiləri isə daşqınlar nəticəsində iki nəfərin həyatını itirdiyini əlavə edib. Onların arasında 88 yaşlı qadın da olub.
İspaniyanın Baş Naziri Pedro Sançes daşqının təsir etdiyi ərazilərdəki vətəndaşlara qarşıdan gələn günlərdə daşqının güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, yerli hökumətin və müvafiq qurumların təbii fəlakət səbəbi ilə gücləndirilmiş iş rejiminə keçdiyini də vurğulayıb.
Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.
Sinoptiklər gələcək fırtınalar barədə xəbərdarlıq ediblər.
---------
16:45
İspaniyanın Valensiya bölgəsində baş verən güclü yağışlar və sel nəticəsində azı 62 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb və təxliyə edilib. Bu təbii fəlakət xüsusilə Valensiya və ətraf ərazilərdə ciddi dağıntılara səbəb olub, minlərlə hektar kənd təsərrüfatı sahəsi zərər görüb və nəqliyyat sistemində geniş miqyaslı pozuntular yaşanıb.
İspaniyanın Baş naziri Pedro Sançez və Kral VI Felipe hadisədən ölənlərin ailələrinə başsağlığı verərək, ehtiyat tədbirləri barədə xəbərdarlıq ediblər. Bu vəziyyət İspaniyanın cənub-şərqindəki bölgələrdə hələ də narahatlıq doğurur və gələcəkdə daha çox yağış gözlənilir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daşqın nəticəsində həyatını itirənlərlə bağlı İspaniya hökumətinə başsağlığı verib. "İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların həyatını itirməsi və fəsadlar bizi dərindən kədərləndirir. Təbii fəlakətlə əlaqədar həlak olanların ailələrinə, eləcə də İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk", - bu barədə XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
İslam
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar





