Dünya

Adnan Oktarın 1 MİLYARD dollarlıq sərvəti müsadirə olundu

27 Oktyabr 2024 10:48
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azadlıqdan məhrum edilən saxta din adamı Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı bildirilir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məhkəmə Oktarın işi ilə bağlı apellyasiya şikayətini iyul ayında başa çatdırıb.

O cinayətkar qruplaşma yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil və təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə maddələrinə görə 8463 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Əldə olunan məlumata görə, məhkəmə prosesinin yekunlaşmasından sonra Adnan Oktarın 200 milyon dollar maddi və əmlakı da daxil olmaqla ümumilikdə 1 milyard dollara yaxın sərvəti müsadirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.