Dünya

ABŞ: Türkiyənin bunu etməyə haqqı çatır

25 Oktyabr 2024 12:02
Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ rəsmisi Türkiyənin anti-terror tədbirlərinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Pentaqon sözçüsü Sabrina Sinx mətbuat konfransı zamanı Türkiyədə baş verən hadisəni terror kimi qiymətləndirib.

"Türkiyədə baş verənlər terror kimi görünür. Türkiyənin bu hücumu həyata keçirənləri məsuliyyətə cəlb etməyə haqqı çatır", - o söyləyib.

TUSAŞ-a yönəlmiş hücumdan sonra Türkiyənin Suriya və İraqdakı terrorçu yuvalarını məhv etməsini şərh edən Pentaqon sözçüsü Türkiyənin buna haqqının olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin Müdafiə Nazisi Yaşar Gülər açıqlamasında bildirib ki, 47 terrorçu yuvası məhv edilib, 29-u iraqlı, 18-i suriyalı olmaqla çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, oktyabrın 23-də Ankarada Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum olub. Hücumu təşkil edənlərin ikisi də PKK üzvüdür. Onlardan biri Ali Örekin ( ləqəbi "Rojger"), digəri isə Mine Sevjin Alçiçekdir. Hər ikisi əməliyyat nəticəsində zərərsizləşdirilib. TUSAŞ-ın zavodunda törədilən terror nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.