Dünya

İsrailin İrana hücumuna dair məxfi sənədləri yayan şəxs bəlli oldu - FOTO

23 Oktyabr 2024 00:11
Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin İrana hücum hazırlığı ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızmasının mənbəyi ABŞ-nin Müdafiə Nazirliyində çalışan yüksəkrütbəli məmur olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Həmin əməkdaş iranəsilli amerikalı Ariana Təbatəbaidir.

O, ABŞ Müdafiə nazirinin Xüsusi Əməliyyatlar və Aşağı İntensivlikli Münaqişələr üzrə müavininin qərargah rəisidir. Əvvəllər bu şəxs ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentində məsləhətçi işləyib. Təbatəbai, həmçinin RAND korporasiyasında politoloq və Yeni Amerika Təhlükəsizliyi Mərkəzində (CNAS) Yaxın Şərq Təhlükəsizliyi Proqramının baş elmi işçisi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.